Yenidən BAŞLANDI: çılpaq qadınlar… - FOTO
Bizi izləyin

Avropa

Yenidən BAŞLANDI: çılpaq qadınlar… - FOTO

Bir aya yaxındır ki, Fransanı bürüyən “Sarı jiletlilər” aksiyaları çərçivəsində bu gün paytaxt regionunda növbəti kütləvi etirazlar keçirilir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Paris polisinin məlumatına görə, etirazlarının gedişatında saxlananların sayı 50 nəfəri ötub.

“20 minutes” xəbər resursunun xəbərinə görə, 52 nəfər saxlanılb. Öz növbəsində, “France Info” radiostansiyasının məlumatına görə, regionda saxlanılanların sayı 58 nəfərə çatıb.

BFMTV telekanalının məlumatına görə, bütün Fransa üzrə etirazlarda təxminən iki min nəfər iştirak edib.

Qeyd edək ki, yanacaq qiymətlərinin qalxmasına qarşı keçirilən etiraz aksiyaları noyabrın 17-də başlanıb. Kütləvi etirazlar polis nümayişçilərin toqquşmaları, talanlar, banklar və mağazaların qarət olunması, həmçinin maşınların yandırılması ilə müşayiət olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm