Avropa
İsraildən Ermənistanı ŞOKA SALACAQ ÇAĞIRIŞ
İsrail Knessetində təhsil problemlərinin müzakirəsi zamanı deputatlar Ermənistan ali məktəblərinin məzunlarının bilik səviyyəsi ilə bağlı həyəcan təbili çalıblar.
Publika.az “Vesti İzrailya” nəşrinə istinadla xəbər verir ki, parlamentdə Ermənistanda saxta diplom alan “həkimlərin” İsrailin səhiyyə sistemi üçün təhlükə törətdikləri vurğulanıb.
Professor Şaul Yatsiv parlamentarilərin bu narahatlığını bölüşüb.
O deyib: “Xaricdəki şübhəli universitetlərdə tibb təhsili alan minlərlə israilli səhiyyə sistemi və insanların sağlamlığı üçün təhlükə mənbəyidir”.
Bu yaxınlarda İsraildə 3 erməni universitetinin saxta diplomu ilə işləyən 40 həkim və əczaçı həbs olunub. İsrailin Səhiyyə Nazirliyinin kadr şöbəsinin müdiri olan Yatsiv bununla bağlı bildirib ki, bəzi hallarda erməni ali məktəblərində verilən diplomlar saxta çıxmır, lakin məzunların bilik səviyyəsi olduqca aşağı olur. “Həmin universitetlərdə israilli tələbələrin bütün təhsil dövründə bir fəndən də qeyri-kafi qiymət aldığı hal olmayıb. Bu, çox qəribədir! Onlar bu ali məktəblərdə biliklərə yiyələnmədən diplom alırlar”.
“Vesti İzrailya” nəşri Ermənistanda saxta diplomlar alan tələbələrin mənsub olduqları ölkələrin də adlarını açıqlayıb. İsraildə bu diplomları “Qətl lisenziyası” da adlandırırlar.
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir