Avropa Trampın tələbini RƏDD ETDİ
Bizi izləyin

Avropa

Avropa Trampın tələbini RƏDD ETDİ

Mən heç vaxt “Şimal axın-2”-nin böyük tərəfdar deyildim. Amma həqiqət ondan ibarətdir ki, boru kəməri çoxdan tikilir və artıq bu layihənin reallaşdırılmasını dayandırmaq belə sadə deyil.

Publika.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Hünter Ettinger bildirib.

Onun sözlərinə görə, hər halda, ABŞ prezidenti Donald Trampın təhdidləri layihənin dayandırılması üçün səbəb deyil.

Qeyd edək ki, ABŞ prezidenti bir neçə dəfə “Şimal axın-2” qaz kəmərinin tikintisinə qarşı çıxış edib. Kəmərin tikintisi 2019-cu ilin sonunda başa çatmalı və Qərbi Avropa ilə Rusiyanı bağlamalıdır. Tramp Almaniyanı dəfələrlə Moskvanın maraqlarına xidmət etməkdə ittiham edib. O qeyd edib ki, ABŞ Avropanın qaz bazarında Rusiyayla rəqabət aparmaq niyyətindədir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm