Avropa İttifaqı ölkələri müstəqil deyil - Lavrov
Bizi izləyin

Avropa

Avropa İttifaqı ölkələri müstəqil deyil - Lavrov

Avropa ölkələri müstəqilliyə hələ hazır deyillər. Onlar hətta öz maraqlarına zidd olsa belə, hərəkətlərində ABŞ-ı izləyirlər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalında “Moskva. Kreml. Putin” proqramında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin Orta və kiçik mənzili raketlərin məhvi haqqında Müqavilə üzrə mövqeyi “yanlış başa düşülən həmrəylikdir”.

Nazir əlavə edib ki, ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma ilə qadağan edilmiş raketləri Avropada peyda olacağı halda, Rusiya cavab tədbirləri görəcək.

Qeyd edək ki, Orta və kiçik mənzili raketlərinin məhvi haqqında Müqavilə barədə Moskva tərəfindən təklif edilmiş sənəd üzrə səsvermə BMT-də dekabrın 21-də keçirildi. Qətnamənin lehinə 43 ölkə səs verdi, 46-sı ona qarşı çıxdı, daha 78 ölkə bitərəf qaldı. Rusiya təşəbbüsünün rəqibləri arasında ABŞ, Yaponiya, Türkiyə, İsrail, Ukrayna və Avropa İttifaqı ölkələri oldu.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm