İngiltərənin Yaxın Şərq hiyləsi ÜZƏ ÇIXDI: Tereza Mey elə bir YALAN DANIŞDI Kİ...
Bizi izləyin

Avropa

İngiltərənin Yaxın Şərq hiyləsi ÜZƏ ÇIXDI: Tereza Mey elə bir YALAN DANIŞDI Kİ...

İngiltərənin baş naziri Tereza Mey jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbilə Səudiyyə Ərəbistanını qınadığı gün ingilis heyəti silah satışı il bağlı Ər-Riyada səfər edib.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Deyli Meyl” nəşri informasiya yayıb.

Qəzet Bilgi Əldə Etmək Qanunu çərçivəsində Beynəlxalq Ticarət Təşkilatına müraciət yollayıb. Təşkilat müraciətə cavab olaraq silah satışı ilə məşğul olan Müdafiə və Təhlükəsizlik Dairəsindən bir heyətin 14-22 oktyabr tarixlərində Səudiyyə Ərəbistanına səfər etdiyini bildirib.

Qeyd edək ki, baş nazir Tereza Mey ali səviyyəli bir heyətin Ər-Riyaddakı ikinci görüşü günündə Səudiyyə Ərəbistanını ən güclü şəkildə qınadıqlarını açıqlamışdı.

“Independent” nəşrinin məlumatına görə, İngiltərə Yəməndə avia hücumları başlatdıqdan sonra Ər-Riyada toplamda 4,7 milyard funt-sterlinq (təxminən, 6 milyard dollar) dəyərində silah satışına icazə verib. Beləliklə, İngiltərə mülki şəxslərin öldürülməsində ittiham edilən Səudiyyə Ərəbistanına ən çox silah satan ölkə olub.

Xatırladaq ki, "Vaşinqton Post" nəşrinin müxbiri olan Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində ölkəsinin İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm