İtaliyada 100 hektar meşə sahəsi məhv oldu
Bizi izləyin

Avropa

İtaliyada 100 hektar meşə sahəsi məhv oldu

İtaliyanın şimalında Monte Marteka dağında baş verən yanğın Varese şəhəri yaxınlığında təxminən 100 hektar meşə sahəsini məhv edib.

Publika.az ANSA agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, iki helikopter və üç təyyarə cəlb edilib. Alovun yayılmasının qarşısını almaq üçün könüllülər də daxil olmaqla ümumilikdə 150-dən çox insan yanğının söndürülməsində iştirak edir.

Lombardiya vilayətinin qubernatoru Attilio Fontana yanğınla bağlı yaradılan qərargahda vəziyyətlə tanış olarkən deyib: “Yanğının miqyası adamı dəhşətə gətirir. Ancaq küləyin sürətinin azalması işlərimizi bir qədər asanlaşdırır”.

Yanğının başvermə səbəbləri məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm