Maşına atılan güllə 2 yaşlı qıza dəydi
Bizi izləyin

Avropa

Maşına atılan güllə 2 yaşlı qıza dəydi

Niderlandın Helmond şəhərində baş verən silahlı atışma nəticəsində 2 və 15 yaşlı qız xəsarətlər alıb.

Publika.az xəbər verir ki, bu barədə “NL Tayms” məlumat yayıb.

Belə ki, günorta radələrində naməlum şəxs avtomobilə atəş açıb və bu zaman güllə anası ilə birgə ərazidən keçən 2 yaşlı qıza dəyib.

Eyni zamanda yaxınlıqda olan yeniyetmə qız da olayda əlindən xəsarət alıb.

Məlumata görə, maşında olan şəxslər polisdən qaçırmış və hadisə də təqib zamanı baş verib. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm