Tarixi anlar: NATO 30-cu üzvünü qəbul etdi
Bizi izləyin

Avropa

Tarixi anlar: NATO 30-cu üzvünü qəbul etdi

Makedoniya NATO-ya qatılıb.

Publika.az xəbər verir ki, Makedoniyanın ittifaqa qatılması haqqında protokol bu gün imzalanıb.

İmza mərasimi NATO-nun Brüsseldəki qərargah binasında təşkil edilib. Makedoniyanı mərasimdə xarici işlər naziri Nikola Dimitrov təmsil edib. Tədbirdə həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq və 29 müttəfiqin daimi təmsilçiləri iştirak edib.

Makedoniyanın üzvlüyünün rəsmən başlaması üçün protokolun bütün üzv ölkələrin parlamentlərində təsdiq edilməsi gərəkdir. Bu müddətə qədər Makedoniya NATO toplantılarına dəvət alacaq.

Makedoniyanın NATO-ya qatılması üçün Yunanıstanla 28 ildir davam edən ad mübahisəsi beləliklə sona çatıb. Prespa razılaşmasına görə, Afina protokolu imzalayıb parlamentdən keçirdikdən sonra ölkənin rəsmi adı Şimali Makedoniya olacaq.

Qeyd edək ki, NATO ötən il Brüssel zirvəsində Makedoniyaya üzvlüklə bağlı dəvət göndərmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm