4 yüksəkvəzifəli şəxs HƏBS EDİLDİ - Qərarları saxtalaşdırdıqlarına görə
Bizi izləyin

Avropa

4 yüksəkvəzifəli şəxs HƏBS EDİLDİ - Qərarları saxtalaşdırdıqlarına görə

İtaliyanın ali inzibati məhkəməsi olan Dövlət Şurasında qərarları saxtalaşdırmaqda şübhəli bilinən dörd nəfər yüksəkvəzifəli şəxs həbs edilib.

Publika.az xəbər verir ki, bunlar Siciliya İnzibati Ədliyyə Şurasının keçmiş prezidenti Rafaele Mariya de Lipsis, Hesablama Palatasının sabiq hakimi Luici Pyetro Mariya Karuzo və bir sıra işlərlə bilavasitə əlaqəsi olan hakim Nikola Russodur. Siciliya Regional Məclisinin üzvü Cüzeppe Qennuso isə ev dustaqlığına məhkum olunub.

Polisin məlumatına əsasən, həmin şəxslər 150 min avro məbləğində rüşvət almaqda təqsirləndirilirlər. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm