AB öz diplomatlarını xəbərdar etdi: 4 ölkənin kəşfiyyatı...
Bizi izləyin

Avropa

AB öz diplomatlarını xəbərdar etdi: 4 ölkənin kəşfiyyatı...

Avropa Xarici Siyasi Fəaliyyət Xidməti Brüsseldə çalışan AB diplomatlarını artan casusluq təhdidiylə əlaqədar xəbərdar edib.

Axar.az xəbər verir ki, bu barədə “Die Velt” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Brüsseldə daha aktiv agentura fəaliyyəti ilə Çin, Rusiya, ABŞ və Mərakeş məşğul olur. Belə ki, diplomatlardan bununla əlaqədar diqqətlərini artırmaqları, eləcə də bir neçə müəssisələrə və ərazilərə getməmələri istənilib. Bununla belə xidmət təkcə Brüsseldə 250 Çin və 200 rus casusunun olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm