Avropa
Bu ölkələr Rusiyanın nüvə hədəfi ola bilər - SİYAHI
Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən ABŞ və Rusiyanın çıxışı Avropanı yenidən özünü “barıt çəlləyi” üzərində hiss etməyə məcbur etdi. Belə fonda alman siyasətçilərinin bəyanatı tamamilə aydın səslənir ki, Almaniya öz ərazisində Amerika nüvə silahını saxlamalı deyil.
Publika.az xəbər verir ki, bu fikir “Rosbalt.ru”da dərc edilən analitik məqaləsində yer alıb.
Müəllif Alla Yaroşinskaya xatırladıb ki, Almaniyan bundestaqında Sosial-demokrat Partiyasının (SDPQ) fraksiyasının (partiya koalisiya hökumətində daxildir) sədr müavini Rolf Myutsenix bu günlərdə ABŞ-ın “The Wall Street Journal” qəzetində belə mövqe ilə çıxış etdi. Və yalnız bu deyil: SDPQ artıq yeni şərtlərdə partiyanın xarici siyasət və təhlükəsizliklər məsələləri üzrə mövqeyinin qiymətləndirilməsi üçün xüsusi komissiya yaradıb. Komissiya Almaniya ərazisində yerləşdirilmiş nüvə silahından ABŞ-la birgə istifadə haqqında olduqca həssas bir məsələyə baxacaq. İndiyə qədər mövcud qaydalara görə, Rusiyanın nüvə hücumu halında alman hərbi təyyarələri Amerika nüvə silahının işə salınması üçün istifadə olunacaq.
Rolf Myutsenix nümunə olaraq Kanadanı gətirir.
“O, NATO-nun üzvüdür, amma Amerika nüvə silahlarını özündə yerləşdirmir”, - deputat qeyd edib.
Myutsenixn nüvə silahının Almaniya ərazisindən çıxarılması üçün arqumentlərdən biri kimi Rusiya və NATO arasında artan düşmənçiliyi və yeni qızğın silahlanmanı göstərir.
Həmçinin SDPQ-nin sədr müavini Ralf Steqner bu məsələdə fikrini bildirib. O, KİV-ə açıqlamasında deyib ki, partiya nüvə silahının Almaniyada yerləşdirilməsi haqqında razılaşmanın bugünkü günə uyğun olmasına şübhələnir. Buna görə də sosial-demokratlar çətin ki, atom bombalarının çatdırılması üçün nəzərdə tutulan “F/A-18” qırıcılarının alınmasını dəstəkləyəcək.
Qeyd edək ki, ABŞ-ın taktik nüvə silahı Qərbi Avropada ilk dəfə 50 il əvvəl ortaya çıxıb. Ekspertlərin qiymətləndirmələrinə görə, həmin vaxt regionda ən azı 500 nüvə bombası yerləşdirilmişdi. Hazırda bu silahlar Avropada NATO-nun 15 bazasındadır. Ekspertlərin məlumatına görə, ABŞ-ın nüvə döyüş sursatları Böyük Britaniyada, Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşir. Almaniyada Amerika nüvə bombaları Şpandaleme, Bryuqqen, Buxele (məhz bura üç il əvvəl, Krımın Rusiya tərəfindən ilhaqından sonra yeni Amerika bombaları göndərilmişdi, Norfenix, Ramstayn, Memminqen. Təxminən yüz Amerika nüvə bombası İtaliyada Aviano və Qedi-Torredə Hərbi Hava Qüvvələrinin bazalarındadır. Türkiyə də bazalarında nüvə silahı üçün yer verib. Lakin, KİV-in xəbərlərinə görə, ABŞ hələ iki il əvvəl öz nüvə silahını Türkiyə və Rumınıyadan çıxartmağa başlayıb.
Qərbdə hay-küy salmış “Soyuq müharibə”dən sonra Avropada nüvə silahı” kitabının müəllifi, Amerika eksperti Xans Kristensen iddia edir ki, bu bombaların ümumi sayı hazırda 150-dən 240-a qədər təşkil edə bilər və onların partlayıcı gücü bir neçə yüz meqatondur. SSRİ-nin dağılmasından sonra tədqiqatçılar illərlə qarşılarına belə bir sual qoyurdular: ABŞ və NATO Avropada öz taktik nüvə arsenallarını saxlamağa niyə davam edir, bir halda ki, “şər imperiyası” dünya xəritəsindən yox olub? Amma məsələ burasındadır ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin ləğvindən sonra ABŞ və NATO-nun taktik nüvə silahı əldə Avropada (həm də yalnız Qərbi Avropada deyil) “ikinci nəfəs” əldə edir.
Lakin Almaniya Avropada Amerika nüvə silahının yerləşdirilməsinə qarşı çıxan ilk ölkə deyil. 2005-ci ildə Amerika bombalarının yerləşdirilməsinə qarşı Belçika parlamentinin üzvləri çıxış ediblər. Onların qəbul etdiyi qətnamədə yalnız Belçika deyil, həm də bütün Avropadan Amerika taktik nüvə silahlarının götürülməsi tələb edilirdi. Ancaq bu qətnaməni nə NATO-da, nə də ABŞ-da diqqətə aldılar.
Bundestaqda 2006-cı ildə Almaniya ərazisində yerləşdirilmiş Amerika nüvə döyüş sursatları haqqında müzakirələr keçirildi. Doqquz deputatdan ibarət qrup NATO və ABŞ-a çağırışla kütləvi qırğın silahlarının Almaniya ərazisindən çıxarılmasını tələb edən qətnamə təqdim etdi. Alman deputatları əhalinin rəyinə istinad edirdilər. Rəyi soruşulanların 80 faizi Amerika nüvə silahlarının Almaniya ərazisindən çıxarılmasını tələb edirdi.
Eyni zamanda sual yaranır: Avropada ABŞ-ın atom bombalarının yerləşdirilməsi nüvə silahının yayılmaması haqqında Müqavilə ilə necə uyğundur? Bu gün öz ərazisində ABŞ-ın nüvə silahını qəbul edən ölkələr qeyri-nüvə dövlətləridir və sözügedən sənədi imzalayıblar. Budur onların öhdəlikləri: ”Nüvə silahlarını və ya belə silahı idarə edən qurğuları qəbul etməmək”.
Bu suala NATO-nun cavabı çoxdan məlumdur: ittifaq nüvə silahına malik deyil, bu silahlar ABŞ-ın mülkiyyətidir. Vaşinqton həmçinin təkrarlamaqdan yorulmur: biz heç kəsə nüvə silahını verməmişik, o yalnız bizə aiddir və həmçinin, nüvə düyməsi bizim əllərimizdədir. Eyni zamanda, qeyri-nüvə dövlətlərinin nümayəndələri NATO-nun nüvə planlaşmasına cəlb edilirlər, nüvə arsenallarının müasirləşdirilməsi və yerləşdirilməsi sxemlərinin, nəzarət və kommunikasiyaların sistemlərinin hazırlanmasında iştirak edirlər. Bundan başqa, ABŞ və Belçika, Almaniya, Yunanıstan, Niderland, Türkiyə və İtaliya arasında Amerika nüvə bombalarının müharibə dövründə bu ölkələrin aviasiyası ilə çatdırılmasını nəzərdə tutan razılaşmalar imzalanıb.
İkinci dəfə alman parlamenti 2010-cu ildə ölkə ərazisindən Amerika nüvə silahının çıxarılmasına səs verdi. Bu ondan sonra baş verdi ki, ABŞ-ın Hərbi-Hava Qüvvələri nüvə silahları saxlanılan Avropa təyyarə bazalarının təhlükəsizlik tələblərinə uyğun olmadığını açıqladı. Həmin vaxt analoji tələblə Belçika parlamenti yenidən çıxış etdi. Müzakirələr və etirazlar Avropanın bəzi başqa ölkələrində, xüsusi halda, İtaliya və Niderlandda qeydə alındı. Nəticədə, 2010-cu ilin martında Avropa Parlamenti Avropa İttifaqını “Avropada taktik nüvə silahının yerləşdirilməsinin strateji anaxronizmi”nə qarşı çıxış etməyə çağırdı. Ancaq sonra iş tövsiyələrdən o yana keçmədi.
Prinsipial olaraq, indi başqa vəziyyət yaranıb. Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən imtina dünyada faktiki olaraq, təhlükəsizlik sisteminin yeni konfiqurasiyasını yaradır. Almanlar, görünür, ABŞ-ın nüvə silahına görə Rusiyanın atom hədəfi olmaq istəmirlər. Bu dəfə onlar ABŞ-ı və NATO-nu inandırmağı bacaracaqmı?
Ömər Dağlı
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?