Daha bir ölkədə İNQİLAB XƏBƏRDARLIĞI: 3 gün qaldı
Bizi izləyin

Avropa

Daha bir ölkədə İNQİLAB XƏBƏRDARLIĞI: 3 gün qaldı

ABŞ “Moldova Meydan”ı haqqında xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Moldovadakı səfirliyi parlament seçkiləri ilə əlaqədar olaraq Kişinyov və ölkənin başqa şəhərlərində kütləvi qarışıqlıqlar yarana biləcəyini açıqlayıb.

“Keçmişdə olduğu kimi, seçkilərdən sonra, ehtimal ki, böyük ictimai nümayişlər olacaq. Hətta dinc nümayişlər də istənilən vaxt təhlükəli ola bilər”, - səfirliyin saytında dərc edilən xəbərdə deyilir.

Bundan başqa, xəbərdə yolların başlanması və nəqliyyatın hərəkətinin pozulması ehtimalı haqqında danışılır. Diplomatik missiya Moldovada olan ABŞ vətəndaşlarını xəbərləri diqqətlə izləməyə və nümayişlərin keçirildiyi rayonlara getməməyə, əgər bu mümkün deyilsə, ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, Moldovada parlament seçkiləri fevralın 24-də keçiriləcək. Daha əvvəl ölkənin baş naziri Andrian Kandu parlament seçkilərinə müdaxilədə Rusiyanı ittiham edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm