Avropa
Avropa İttifaqı Suriya ilə bağlı razılaşdı
Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya il ərzində yeddi milyard ABŞ dolları (6,2 milyard avro) həcmində yardım göstərmək barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Aİ-nin humanitar yardım və böhrandan mühafizə üzrə komissarı Xristos Stilianidis təsdiqləyib. Brüsseldə keçirilən və 50-dən artıq donor ölkənin təmsilçilərinin qatıldığı konfransda Almaniya nümayəndələri Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım üçün əlavə 1,44 milyard avro vəsait ayırmağı vəd ediblər.
Konfrans çərçivəsində razılaşdırılan vəsaitlər ilə ərzaq, tibbi ləvazimatlar və dərmanların alınması, eləcə də uşaqların tədrisə cəlb edilməsi maliyyələşdiriləcək. BMT-nin rəsmi statistikasına əsasən, hazırda Suriyada 11,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bundan başqa isə Türkiyə, Livan və İordaniyadakı qaçqın düşərgələrində yaşayan milyonlarla insana maddi yardımlar çatdırılmalıdır.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO