• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Nazirlər Tereza Meyi istefaya göndərməyi planlaşdırırlar

Nazirlər Tereza Meyi istefaya göndərməyi planlaşdırırlar

Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvləri baş nazir Tereza Meyi əvəzləməyi və müvəqqəti hökumət başçısını təyin etməyi planlaşdırırlar.

Publika.az xəbər verir ki, bu haqda “Sunday Times” nəşri bildirib.

Nəşrin yazdığına görə, ən azı 11 nazir təsdiq edib ki, baş nazirin istefasını istəyir və bunu bazar ertəsi hökumətin iclasında Meydən tələb etməyi planlaşdırırlar. Əks təqdirdə “sui-qəsdçilər” nazir postlarından kütləvi istefa ilə hədələyəcəklər.

“Son yaxınlaşır. O, on gün sonra baş nazir olmayacaq”, - kabinetin üzvlərindən biri nəşrə danışıb.

Qeyd edək ki, “Brexit” (ölkənin Avropa İttifaqından ayrılması –red.) martın 29-da tamamlanmalı olsa da, Avropa İttifaqı saziş parlamentdə qəbul olunmayıb. Bundan sonra Avropa İttifaqı “Brexit”i şərti olaraq təxirə salmağa razılıq verib. İttifaq liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti gələn həftə “Brexit” müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, “Brexit” aprelin 12-dək təxirə salınacaq.

Xatırladaq ki, Britaniya hökuməti Avropa İttifaqını tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR