Mey istefa verəcəyi tarixi açıqladı
Bizi izləyin

Avropa

Mey istefa verəcəyi tarixi açıqladı

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”dən sonra istefa verəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının özü bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə danışıqların ikinci mərhələsi zamanı yeni yanaşma və yeni lider lazımdır. Baş nazir buna mane olmamağa söz verib.

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı idi. Ancaq Britaniya parlamenti “Brexit” sazişini iki dəfə rədd edib. Nəticədə rəsmi London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Mayın 23-də isə Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm