BMT Təhlükəsizlik Şurasının yeni sədri seçildi
Bizi izləyin

Avropa

BMT Təhlükəsizlik Şurasının yeni sədri seçildi

Almaniya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının aprel ayı dövrü sədrliyinə keçib.

Publika.az xəbər verir ki, Almaniya bu dövr ərzində Fransa ilə birgə işləyəcək.

15 üzvlü şuranın müvəqqəti nümayəndəsi olan Almaniya Fransa ilə Donald Tramp hökumətinin beynəlxalq sistemi tənqid etmələri qarşısında çoxdövlətli nizamı müdafiə etmək üçün bu qərarı qəbul edib.

Almaniyanın xarici işlər naziri Heiko Maas fransalı həmkarı Yean-Yves Le Drian ilə birlikdə verdiyi mətbuat konfransında beynəlxalq nizamın qorunması mesajını verərək özlərini bu nizamı qorumaq məcburiyyətində hiss etdiklərini deyib.

BMT Təhlükəsizlik Şurasında 6 dəfə bu vəzifənin məsuliyyətini üzərinə götürən Almaniya şurada islahatlar aparmaq və daimi üzvlük istəyir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm