Mey “Brexit”lə bağlı Avropa İttifaqından xahiş edəcək
Bizi izləyin

Avropa

Mey “Brexit”lə bağlı Avropa İttifaqından xahiş edəcək

Böyük Britaniya hökuməti Avropa İttifaqından “Brexit”in müddətinin uzadılması haqqında xahiş edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirlərlə yeddisaatlıq müşavirənin nəticəsinə görə ölkənin baş naziri Tereza Mey bildirib.

Qeyd edək ki, Britaniya hökuməti və parlamenti Avropa İttifaqından çıxışın ən yaxşı variantı üzrə razılaşa bilmir.

“Brexit” martın 29-da tamamlanmalı olsa da, Avropa İttifaqı ilə müqavilə parlamentdə qəbul olunmayıb. Bundan sonra Avropa İttifaqı “Brexit”i şərti olaraq təxirə salmağa razılıq verib. İttifaq liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti “Brexit” müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, “Brexit” aprelin 12-dək təxirə salınacaq.

Xatırladaq ki, Britaniya hökuməti Avropa İttifaqını tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilərin keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm