Sədr millət vəkilini iclasdan qovdu - Parlamentə giriş QADAĞAN EDİLDİ
Bizi izləyin

Avropa

Sədr millət vəkilini iclasdan qovdu - Parlamentə giriş QADAĞAN EDİLDİ

Millət vəkillərinin Parlamentə uşaqla gəlməsi qadağan edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Danimarka Parlamentində müzakirə edilib.

Belə ki, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Mette Abildsgardın Parlamentin iclasına uşaqla gəlməsi sədrin etirazına səbəb olub. Parlament sədri Pia Kjaesdaard millət vəkilinin iclası tərk etməsini tələb edib. Bundan sonra uşaqların Parlamentə gətirilməməsi ilə bağlı qanun hazırlanıb və səs çoxluğu ilə Parlament Divanında qəbul edilib. Bundan əvvəl isə Danimarka Parlamentinə uşaqla gəlməyin mümkün olması barədə qanun olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm