Mey “Brexit”lə bağlı xəbərdarlıq etdi
Bizi izləyin

Avropa

Mey “Brexit”lə bağlı xəbərdarlıq etdi

Böyük Britaniyanın baş naziri Tereza Mey deputatları “Brexit” üzrə sazişi dəstəkləməyə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda “The Observer” qəzeti bildirib.

Baş nazir xəbərdarlıq edib ki, “Brexit”in “əldən sürüşmə” riski mövcuddur. Onun sözlərinə görə, dəqiq seçimin vaxtı gəlib: ya Böyük Britaniya sazişlə Avropa İttifaqından çıxır, ya da ümumiyyətlə çıxmır.

Qeyd edək ki, aprelin 4-də Böyük Britaniya parlamentinin İcmalar Palatası hökumətin üzərinə "Brexit"i yenidən təxirə salmaq xahişi ilə Avropa İttifaqına müraciət etmək öhdəliyi qoyan qanun layihəsini bir səs çoxluğu ilə qəbul edib. Üçüncü oxunuşda 313 deputat sənədin lehinə, 312 deputat isə əleyhinə səs verib. Qanun layihəsi aprelin 12-də Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz çıxmasının qarşısını almağa yönəldilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm