Almaniyadan 900 milyard dollar təzminat tələb ediləcək - ŞOK
Bizi izləyin

Avropa

Almaniyadan 900 milyard dollar təzminat tələb ediləcək - ŞOK

Polşa İkinci dünya müharibəsi zamanı dəyən zərərə görə Almaniyadan ən azı 900 milyard dollar təzminat tələb etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda Polşa Seyminin deputatı, kompensasiyaların qiymətləndirilməsiylə məşğul olan parlament qrupunun üzvü Yanuş Şevçak “Wpolityce” jurnalına bildirib.

Onun sözlərinə görə, son 30 ildə Polşa hakimiyyətinin təzminatla bağlı etinasızlığı biabırçılıqdır.

“Almanlar maliyyə vəsaitlərini təzminatların ödənilməsinə hazırlamalıdır”, - Şevçak əlavə edib.

Almaniya hökumətində dəfələrlə bildiririblər ki, Polşaya təzminat ödəmək niyyətində deyillər. Berlində hesab edirlər ki, artıq kifayət qədər böyük təzminatlar ödənilib və 1953-cü ildə Polşanın təzminatlardan imtinasını şübhə altına qoymağa əsas yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm