Bu iki hadisə Avropa üçün sarsıntı olacaq - Torbyorn Yaqland
Bizi izləyin

Avropa

Bu iki hadisə Avropa üçün sarsıntı olacaq - Torbyorn Yaqland

Avropa üçün sarsıntılar yalnız iki hadisə zamanı ola bilər: Rusiyanın Avropa Şurasından mümkün çıxışı və “Brexit”.

Publika.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bildirib.

O, həmçinin Avropa Şurasından mümkün çıxışla bağlı Moskvaya xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, 140 milyon rusiyalı üçün uğursuzluq olacaq və öz hüquqlarının müdafiəsi üçün daha Avropa Məhkəməsinə müraciət edə bilməyəcəklər.

“Əgər Moskva Avropa Şurasını tərk etsə, biz başqa Rusiyanı görəcəyik. Avropada yeni bölücü xüsusiyyət olacaq”, - təşkilatın başçısı deyib.

Qeyd edək ki, qaydalara əsasən, Rusiya iyunda təşkilatdan çıxarıla bilər. Ukraynadakı münaqişəyə görə 2014 və 2015-ci illərdə Rusiya nümayəndəheyətinin Avropa Şurası Parlament Assambleyasındakı səsvermə hüququ dayandırılıb. Rusiya buna qarşı etiraz əlaməti kimi Avropa Şurasına ödəmələri dayandırıb. Rusiyanın ödəmələri təşkilatın bütün büdcəsinin təxminən 7 faizini təşkil edirdi.

Aprelin 5-də Yaqland Rusiya nümayəndə heyətinin hüquqlarının tam bərpası təklifi ilə çıxış edib. Bu, onun fikrincə, qitədə gərginliyin azalmasına və bütün təşkilatın birləşməsinə imkan yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm