Poroşenkodan Zelenskinin çağırışına cavab olaraq ŞOK ADDIM: Narkotik vasitə və...
Bizi izləyin

Avropa

Poroşenkodan Zelenskinin çağırışına cavab olaraq ŞOK ADDIM: Narkotik vasitə və...

Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko spirtli içki və narkotik vasitədən asılılılıqla bağlı tibbi yoxlanışdan keçib.

Publika.az xəbər verir ki, prezident seçkilərin birinci mərhələsində açıq fərqlə üstünlük qazanan rəqibi Vladimir Zelenskinin çağırışına cavab olaraq bu addımı atıb.

Belə ki, Zelenski çıxışlarının birində “Ukraynaya spirtli içki və narkotik vasitə asılılığı olan bir prezident lazım deyil. Səni analiz verməyə dəvət edirəm” sözlərini işlətmişdi. Poroşenko da rəqibinin bu çağırışına cavab olaraq həmin analizdən keçməyi qərar alıb.

Prezidenti analizdən keçirən doktor Vladimir Yariy verdiyi açıqlamada “qan, sidik və saç tükündən götürülən nümunələrdə spirtli içki və ya narkotik maddə ilə bağlı hər hansı asılılıq təsbit etmədik” sözlərini deyib.

Bundan öncə Vladimir Zelenski də mətbuata verdiyi tibbi sənədlərlə hər hansı asılılığının olmadığını açıqlamışdı.

Qeyd edək ki, Ukrayna prezident seçkilərinin birinci turunda heç bir namizəd 50%-i keçə bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm