Avropa
Belçikanın bu qərarı erməni mifinə aid deyil
Belçika soyqırımı və hərbi cinayətlərin inkarını kriminallaşdırmağa hazırlaşır.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, ölkə parlamenti Milad tətillərindən sonra bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik edəcək. Artıq soyqırımı aktını, insanlıq əleyhinə cinayətləri, beynəlxalq tribunal tərəfindən tanınmış hərbi cinayətləri inkar etmək, miqyasını kiçiltmək və ya onlara bəraət qazandırmaq cinayət sayılacaq. Beləliklə, qanun Ruanda, Bosniyanın Srebrenitsa şəhərində törədilmiş soyqırımı aktlarının inkarını Holokostu inkar etməyə bərabər tutacaq.
Belçikanın ədliyyə naziri Koen Qins bəyan edib ki, Milad tətillərindən sonra parlament hazırda qüvvədə olan irqçilik əleyhinə qanunvericiliyə düzəlişlər edəcək və onu Avropa qanunları səviyyəsinə çatdıracaq.
1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin beynəlxalq tribunal tərəfindən soyqırımı aktı kimi qiymətləndirilməməsini nəzərə alaraq, qondarma “erməni soyqırımı” tribunalın təsdiq etdiyi fakt qismində deyil, Avropa İnsan Haqları Məhkəməsinin “Doğu Perincek İsveçrəyə qarşı” işi ilə bağlı qərarına uyğun olaraq, şəxsi rəy kimi qəbul olunacaq. Onun inkarı isə insan hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən (“Söz azadlığı”) cinayət sayıla bilməz.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı