Ən güclü rəqibindən Poroşenkoya ŞOK: stadiona gəlib... - - FOTO
Bizi izləyin

Avropa

Ən güclü rəqibindən Poroşenkoya ŞOK: stadiona gəlib... - - FOTO

Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko prezident seçkilərində ən güclü rəqibi olan şoumen Vladimir Zelenskini xalq qarşısında müzakirəyə dəvət etmişdi. Poroşenko bu məqsədllə Kiyev Olimpiya Stadionuna gedərək seçkilərdəki ən güclü rəqibini gözləyib.

Publika.az xəbər verir ki, Zelenski Poroşenkonun bu təklifini cavabsız qoyub və müzakirəyə gəlməyib.

Rəqibin gəlmədiyini görən prezident qısa mitinq təşkil edib. Daha sonra mətbuat konfransında çıxış edib və vətəndaşlarla foto çəkdirdikdən sonra stadionu tərk edib.

Pyotr Poroşenko ötən gün sosial media hesabında paylaşdığı videoda Parisdə olan Zelenskiyə “4 apreldə stadiondakı görüşümüz sənin həftəsonunu Parisdə keçirməyindən daha əhəmiyyətlidir. Zənglərimi cavabsız qoymaqdan əl çək. Stadion dedin, gəldim və səni gözləyirəm” sözlərini demişdi.

Qeyd edək ki, Ukraynada seçkilərin birinci turu 31 marta keçirilmişdi. İlk turda 39 namizəddən heç biri 50%-dən çox səs toplaya bilmədiyi üçün prezidenti müəyyən etmək ikinci tura qalıb. Bu tur isə 21 apreldə baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm