Fransada DƏHŞƏTLİ YANĞIN: hər şey... - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Fransada DƏHŞƏTLİ YANĞIN: hər şey... - FOTO/VİDEO (YENİLƏNDİ)

Kilsədə baş vermiş yanğın söndürülüb. Bu haqda yanğınsöndürənlərə istinadən "Le Figaro" qəzeti yazıb.

Kilsənin əməkdaşı D.Olivyenin jurnalistlərə açıqlamasına görə, orada saxlanılan tarixi əsərləri xilas etmək mümkün olub.

***

Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, yanğından sonra kilsənin bərpası mümkün olmaya bilər. Qeyd edilir ki, hazırda binada baş verən yanğını söndürmək mümkün deyil.

***

Fransa paytaxtında yerləşən 850 illik tarixi Paris Notr-Dam kilsəsində yanğın baş verib.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, alov kilsə qüllələrindən birini əhatə edib.

Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat yoxdur. Yanğın nəticəsində kilsənin damının tamamilə çökdüyü bildirilir. Kilsənin qülləsi yıxılıb.

Prezident Emmanuel Makron "sarı jiletlilər" aksiyaları ilə bağlı çıxışını ləğv edib. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki səhifəsində "yanğını izləmək çox qorxuncdur" yazıb.

Paris Təhlükəsizlik Müdirliyindən verilən məlumata görə, yanğın təmir işləri aparılan hissədə başlayıb. Kilsənin sözçüsü Andre Finot "13-cü yüzillikdən qalan hər şey yanır, heç bir şey qalmayacaq" açıqlamasını verib.

Yanğınsöndürənlər yanğını söndürməyə ehtiyat edirlər. Çünki güclü su şırnağının tarixi tikilinin tamamilə uçmasına səbəb olacağı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm