Avropa
Notr-Dam kilsəsinin yenidən inşası ilə bağlı kampaniya başlandı
Fransa mədəniyyətinin ən əhəmiyyətli parçalarından biri olan və 9 əsr öncə inşa edilən Paris Notr-Dam kilsəsinin 8,5 saatda kül olması dünyada böyük reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, tarixi əsərin məhv olmasına ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, İngiltərənin baş naziri Tereza Mey, İspaniyanın baş naziri Pedro Sançes, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının sədri Donald Tusk münasibət bildirib.
Fransa prezidenti Emmnuel Makron ciddi zərər görən kilsənin yenidən inşa olunacağını deyib. Bunun üçün beynəlxalq toplumdan yardım istəyəcəyini də bildirib.
Ölkə miqyasında isə tarixi əsəri yenidən ayağa qaldırmaq üçün yardım kampaniyası təşkil ediləcəyi açıqlanıb. İlk böyük addımı isə fransalı milyarder, “Gucci”, “Saint Laurent", "Alexander McQueen”, “Bottega Vanega” kimi markaları birləşdirən “Kerin” şirkətlər qrupunun rəhbəri François-Henri Pinault atıb. O, kilsə üçün 100 milyon avro verəcəyini bildirib.
Qeyd edək ki, mütəxəssislər kilsənin yanğında çox ciddi zərər gördüyünü, bərpasının isə çox çətin olacağını bildirir.
Zümrüd
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR