Avropa
Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Aprelin 21-də Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində namizədlərin heç biri yetərincə səs toplaya bilməyib. Səsvermənin ikinci turu mayın 5-də keçiriləcək.
Publika.az xəbər verir ki, bu fikri Azərtac-a Şimali Makedoniyanın xarici sərmayə üzrə dövlət naziri, bu ölkədə fəaliyyət göstərən Türk Hərəkat Partiyasının sədr müavini Elvin Həsən söyləyib.
Türk Hərəkat Partiyası ilə Sosial Demokrat Partiyasının bir blokda seçkilərə qatıldığını diqqətə çatdıran nazir deyib: “Şimali Makedoniya Respublikasının türk icması olaraq ölkəmizdə birlik və bərabərlik tərəfdarıyıq. Biz ölkəmizdə demokratiyanın inkişafı üçün böyük səylər göstəririk. Hazırkı prezident seçkilərində namizədimiz Stevo Pendarovskidir. Əminik ki, Stevo Pendarovski səsvermənin ikinci turunda seçicilərin əksəriyyətinin etimadını qazanaraq prezident seçiləcək. Hədəfimiz Avropa İttifaqının ən fəal üzvü olmaq, sabitlik və inkişaf yolu keçməkdir. Biz ölkəmizdə hər bir problemin demokratik yolla, ədalətli olaraq çözülməsini istəyirik”.
Nazir Elvin Həsən açıqlamasında Azərbaycana olan böyük sevgisini ifadə edərək bildirib ki, ölkəmizin inkişafı avropalı türklər üçün qürurvericidir. Bütün haqq işində Azərbaycanın və azərbaycanlıların yanındayıq. Hər bir fürsətdə azərbaycanlı qardaşlarımızın hüquq və maraqlarını müdafiə etməyə hazırıq.
Qeyd edək ki, Elvin Həsən Şimali Makedoniya Respublikasının hökumətində təmsil olunan yeganə türkəsilli nazirdir.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO