İspaniyada parlament seçkilərində sosialistlər qalib gəlir
Bizi izləyin

Avropa

İspaniyada parlament seçkilərində sosialistlər qalib gəlir

İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində Sosializm İşçi Partiyası seçki bülletenlərinin 60 faizinin sayılmasından sonra qalib gəlir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, sosialistlər 30 faizə yaxın səs toplayıblar.

Bu, onlara 350 yerlik parlamentdə 124 yer tutmağa imkan verir. Beləliklə, proqnozlaşdırdığı kimi, partiya mandatların mütləq əksəriyyətini (176) ala bilmir.

“Unidas Podemos” koalisiyası indiki nəticələrə görə, 42 mandat əldə edir. Bu yerlər də sol partiyalara parlamentdə əksəriyyəti təmin etməyə imkan vermir. Onlar baş nazir postuna iddia etmək üçün xırda millətçi partiyalarla razılaşmalı olacaqlar.

Sağ "Xalq partiyası" 17 faiz (70 yer), "Vətəndaş partiyası" 15 faiz (57 yer) səs toplayıb. Ultra-sağ “Voks” partiyası 10 faiz (23 yer) səs toplamaqla ilə dəfə parlamentə keçir.

Sağ blokda təmsil olunan bu partiyalar hökumətin formalaşması üçün lazımlı əksəriyyəti təmin etməyi bacarmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm