Fransada girovlar azad edildi - YENİLƏNDİ (FOTO)
Bizi izləyin

Avropa

Fransada girovlar azad edildi - YENİLƏNDİ (FOTO)

Girovların hamısı azad edilib. Girovlar satış məntəqəsinin müdiri, onun qızı və işçiləri olub.

Girov götürən 17 yaşlı gəncin heç bir tələbi yoxdur. O, silahlı olduğundan hələ də satış məntəqəsində qalmaqdadır. Yannis adlanan bu gənc özünü “sarı jiletlər”in döyüşçüsü kimi təqdim edir. O, əvvəllər zorakılığa, oğurluğa görə polis tərəfindən saxlanılıb.

***

Tuluza şəhərinin şimal-qərbində yerləşən Blanyak kommunasında tütün satış məntəqəsində girov götürülən 6 nəfərdən 2-si azad edilib.

Girov götürən şəxs Blanyakın 17 yaşlı sakinidir. Hazırda 4 girov qadının azad edilməsi üçün əməliyyat aparılır.

***

Fransada naməlum şəxs 6 nəfəri girov götürüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Tuluza şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün satış məntəqəsində qeydə alınıb.

Cinayətkarın silahlı olduğu bildirilir.

Xüsusi təyinatlıları hadisə yerindədir. Polisin verdiyi məlumata görə, naməlum silahlı şəxs polisin geri çəkilməyəcəyi təqdirdə girovları öldürəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm