• USD 1,7000 0,00% EUR 1,8752 +0,14%
    • GBP 2,1433 +1,26% RUB 0,0265 +0,38%

Avropa da İrana QARŞI: Ruhaninin açıqlaması ETİRAZ DOĞURDU

  • Avropa
  • 9 May 2019 14:10
  • 566 Baxış
Avropa da İrana QARŞI: Ruhaninin açıqlaması ETİRAZ DOĞURDU

Avropa İttifaqı İranın son addımlarından narahat olub.

Publika.az
xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Almaniyanın xarici işlər naziri Heiko Maas, Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hunt və Fransanın xarici işlər naziri Jan-İves Le Drianın İran prezidenti Həsən Ruhaninin mayın 8-də açıqladığı qərarla bağlı birgə bəyanat yayıb.

Bəyanatda deyilir: “İranın Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəlikləri ilə bağlı dünən etdiyi açıqlamadan daha çox narahat olduğumuzu qeyd edirik. İrana nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib-yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”.

Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhanı Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərdən qismən çıxadıqlarını bildirib.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR