Avropa ölkəsində QORXU DOLU ANLAR: daha bir məscidə SİLAHLI HÜCUM
Bizi izləyin

Avropa

Avropa ölkəsində QORXU DOLU ANLAR: daha bir məscidə SİLAHLI HÜCUM

İngiltərənin paytaxtı Londonda yerləşən məscidə silahlı basqın baş verib.

Publika.az xəbər verir ki, naməlum şəxs yerli vaxtla 22:45-də İlford bölgəsindəki Seven Kings məscidinə odlu silahla daxil olmağa çalışıb.

Cinayətkarın qarşısı məsciddəki insanlar tərəfindən alınıb. Dərhal bölgəyə təhlükəsizlik qüvvələri çağırılıb.

London polisi sosial media vasitəsilə verdiyi açıqlamada basqın zamanı insan tələfatının olmadığını bildirib. Şübhəli şəxs hadisə yerindən qaçmağa nail olub. Onun axtarışları davam edir.

Qeyd edək ki, bir çox Qərb ölkəsində Ramazan ayı boyunca müsəlmanlara qarşı silahlı hücum təhlükəsi yaşanmaqdadır. Müsəlmanlar Yeni Zelandiya və Şri-Lanka hadisələrindən sonra məscidlərin və ibadətgahların təhlükəsizliyi ilə bağlı tədbirlər görülməsini tələb edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm