Zelenski Ukrayna hökumətini istefaya çağırdı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Zelenski Ukrayna hökumətini istefaya çağırdı - VİDEO - (YENİLƏNDİ)

“Hər kəs bilsin ki, prezidentlik dövründə xalqın rifahının yaxşılaşdırılması və dövlətin daha da güclənməsi üçün bütün enerjimi sərf edəcəyəm”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın yeni prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra prezident kimi etdiyi ilk çıxışında deyib.

Zelenski bildirib ki, onun qarşısında dayanan ilk məsələ Donbasda atəşkəsə nail olmaqdır.

Vladimir Zelenski and içdikdən dərhal sonra Ukrayna Ali Radasını buraxdığını da elan edib.

Bundan başqa, Ukrayna hökumətini istefaya səsləyib.

***

11.46

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi baş tutub.

Publika.az xəbər verir ki, V.Zelenski Ukrayna parlamentinin sessiya zalında keçirilən inauqurasiya mərasimində and içib.

Daha sonra andiçmə mətnini imzalayıb və dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.

Andiçmə mətni Konstitusiya Məhkəməsinin sədrinə təqdim olunub. Sədr isə öz növbəsində Zelenskinin prezident vəzifəsinin icrasına başladığını elan edib.

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkə liderləri iştirak edib. Gürcüstan Prezidenti Salome Zurabişvili, Estoniya Prezidenti Kersti Kalyulayd, Litva Prezidenti Dalya Qribauskayte, Latviya Prezidenti Raymonds Veyonis, Macarıstan Prezidenti Yanoş Ader Zelenskinin andiçməsinə qatılıblar. Azərbaycan nümayəndə heyətinə isə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Xatırladaq ki, Ukrayna prezident seçklərinin ilk turunda 39 namizəddən heç biri 50% nəticəni keçə bilmədiyi üçün seçkilərin ikinci tutur təşkil olunub. İkinci turda isə rəqabət son prezident Pyotr Poroşenko ilə Vladimir Zelenski arasında gedib. Zelenski 73,22% səslə son turda qalib gəlib. Petro Poroşenko 24,45% səs toplayıb.Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yekun nəticələrini aprelin 30-da rəsmən açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm