• USD 1,7000 0,00% EUR 1,9143 +0,64%
    • GBP 2,1553 +0,95% RUB 0,0267 +0,75%

Assanjı 175 il həbs cəzası gözləyir

Assanjı 175 il həbs cəzası gözləyir

ABŞ hakimiyyəti “WikiLeaks” saytının banisi Culian Assanja casusluq haqqında qanunun pozulmasının 17 epizodunda yeni ittihamları təqdim edib.

Publika.az xəbər verir ki, bu haqda “Dow Jones” bildirib.

Xatırladaq ki, mayın 1-də London məhkəməsi C.Assanjı girov müqabilində azadlığa çıxmaq şərtlərini pozduğuna görə 50 həftəlik həbs cəzasına məhkum edib.

Qeyd edək ki, C.Assanj 2012-ci ilin iyulunda “Wikileaks”də ABŞ-ın 2,4 milyon məxfi sənədini dərc edib. Bundan sonra İsveç onu beynəlxalq axtarışa verib. Buna səbəb kimi C.Assanjın 2010-cu il avqustun 20-də İsveçdə bir qadına qarşı cinsi zorakılıq əməli törətməsi göstərilib.

2012-ci ilin iyulun 19-da o, Ekvadorun Londondakı səfirliyinə sığınaraq, bu Latın Amerikası ölkəsindən sığınacaq istəyib. Diplomatik toxunulmazlığa görə, Böyük Britaniya polisi Ekvadorun Londondakı səfirliyinə daxil ola və C.Assanjı həbs edə bilmirdi. Ekvador hökuməti ötən ay onu diplomatik sığınacaq hüququndan məhrum edib.

ABŞ hazırda onun ekstradisiyasına çalışır. ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "WikiLeaks" təsisçisinə qarşı yeni ittihamların irəli sürülməsindən sonra onu 175 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR