Prezident: Serbiya Kosovoda vəziyyətə daha nəzarət etmir
Bizi izləyin

Avropa

Prezident: Serbiya Kosovoda vəziyyətə daha nəzarət etmir

Serbiya etiraf etməlidir ki, Kosovoda vəziyyətə daha nəzarət etmir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Aleksandr Vuçiç parlamentdə çıxışında bildirib.

Bundan başqa, dövlət başçısı vurğulayıb ki, Serbiya bundan sonra Kosovoyla münasibətləri necə inkişaf etdirəcəyini seçməlidir: dondurulmuş münaqişənin saxlanılması və ya tanınmamış respublikayla əlaqələrin inkişafı.

O qeyd edib ki, özü Kosovo ilə əlaqələri və münasibətlərin yaxşılaşmasını dəstəkləyir. Bundan başqa, Vuçiç bildirib ki, Serbiya böyük milli məğlubiyyətə uğradı, ərazini itirdi və əhəmiyyətli iqtisadi itkilərlə üzləşdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm