Rusiya ŞOKA DÜŞƏCƏK: NATO 12 gün ərzində...
Bizi izləyin

Avropa

Rusiya ŞOKA DÜŞƏCƏK: NATO 12 gün ərzində...

NATO Ukraynanın iştirakıyla iyulda Qara dənizdə hərbi təlim keçirməyi planlaşdırır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra ittifaqın baş katibi Yens Stoltenberq bildirib.

“İyulda biz Ukrayna ilə birlikdə Qara dənizdə əlavə təlimləri keçirəcəyik”, - regiondakı vəziyyət haqqında danışan baş katib deyib.

Ukraynanın Milli Qvardiyasının mətbuat xidmətinin məlumatına görə, “Sea Breeze-2019” təlimləri Qara dənizdə iyulun 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, Rusiya Qara dənizdə NATO-nun hərbi aktivliyinə sərt şəkildə qarşı çıxır. Regionda NATO-Ukrayna birgə təlimlərin Moskva tərəfindən etiraz qarşılanacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm