ABŞ hücum təyyarəsini Avropaya göndərdi
Bizi izləyin

Avropa

ABŞ hücum təyyarəsini Avropaya göndərdi

ABŞ ordusu Polşaya “EC-130H Compass Call” təyyarəsi göndərib.

Publika.az xəbər verir ki, bu haqda Avropada Amerika Hərbi Hava Qüvvələrinin saytında bildirilir.

Təyyarə hücum əməliyyatları üçün nəzərdə tutulub. Məlumata əsasən, təyyarə Arizona ştatında yerləşən Devis-Montan bazasındakı elektron mübarizə üzrə 55-ci qrupa aiddir.

Təyyarədən Polşa ordusuyla birgə təlimlərdə istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, “EC-130H Compass Call” 1983-cü ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silahlanmasındadır. Təyyarə Əfqanıstan, İraq, Serbiya və Kosovoda həyata keçirilən əməliyyatlara cəlb edilmişdi. O rəqibin elektron infrastrukturuna hücumlar üçün sistemlərlə təchiz edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm