Britaniyadan SOS: Bu, intihara aparır
Bizi izləyin

Avropa

Britaniyadan SOS: Bu, intihara aparır

Böyük Britaniyada istehsalçılar müqaviləsiz Brexit-in iqtisadi intihar olduğunu bildiriblər.

İstehsalçılar Birliyinin (Make UK) baş iqtisadçısı Simus Nevin deyib ki, heç bir müqavilə olmadan Avropa İttifaqını tərk etmək iqtisadi intihara aparır. O, siyasətdə yaranan qeyri-müəyyənliyin iqtisadiyyata da güclü təsir etdiyini bildirib, neçə-neçə iş yerinin bağlanacağını və yüzlərlə insanın işsiz qalacağını vurğulayıb.

Qeyd edək ki, Britaniyada Baş Nazir vəzifəsinə ən güclü namizəd Boris Conson ölkənin Avropa İttifaqını müqaviləsiz tərk edə biləcəyini açıqlayıb (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm