“WikiLeaks”in qurucusu ilə bağlı ŞOK QƏRAR
Bizi izləyin

Avropa

“WikiLeaks”in qurucusu ilə bağlı ŞOK QƏRAR

İngiltərə “WikiLeaks”in qurucusu Culian Assanjı ABŞ-a təhvil verəcək.

Publika.az xəbər verir ki, bu barədə İngilətərənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili işlər naziri Sayid Cavid Assanjın təhvil verilməsini nəzərdə tutan sənədi imzalayıb. İngiltərə məhkəməsi sabah bu qərarı müzakirə edəcək.

“Wikileaks”in qurucusu Assanj 2012-ci ilə təavüz və cinsi istismarda ittiham olunub. İsveçə təhvil verilməsi gündəmdə ikən Ekvadorun İngiltərədəki səfirliyinə sığınıb. Bu il 11 apreldə İngiltərə polisi onu həbs edib.

İngiltərədə məhkəmənin ABŞ-ın təhvil almanı qəbul etməsi təqdirində Assanjı Avropa İnsan Haqları Məhkəməsinə verməsi imkanı var. Mütəxəssislər isə bildirir ki, Assanjın təhvili 2 il çəkə bilər.

Qeyd edək ki, Culian Assanj 2010-cu ildə ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətlərin olduğu gizli sənədləri dərc etməkdə ittiham edilir.

O, hazırda İngiltərənin “Belmarş” ağır cinayətlər üzrə həbsxanasında saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm