Məscidə SİLAHLI HÜCUM: müsəlmanlar yaralandı, cinayətkar isə...
Bizi izləyin

Avropa

Məscidə SİLAHLI HÜCUM: müsəlmanlar yaralandı, cinayətkar isə...

Fransada məscidə silahlı hücum olub.

Publika.az xəbər verir ki, Brest şəhərinin Pontanezen məhəlləsində yerləşən müsəlmanların ibadət evinə odlu silahdan atəş açılıb.

Nəticədə, 2 nəfər xəsarət alıb. Onlardan biri məscidin imamıdır.

Hadisədən sonra hücum edən şəxs avtomobilinə minərək qaçıb. Daha sonra o, həmin avtomobilin yanında ölü tapılıb.

Faktla bağlı araşdırma başladılıb.

Fransanın Daxili işlər naziri Xristofer Kastaner hadisə ilə bağlı sosial media hesabında verdiyi açıqlamada valilərdən ölkədəki ibadət evlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm