Rusiyanın AŞPA-ya qayıdışına qarşı sənəd hazırlanacaq
Bizi izləyin

Avropa

Rusiyanın AŞPA-ya qayıdışına qarşı sənəd hazırlanacaq

Ukrayna, Polşa, Litva, Latviya, Estoniya, Slovakiya və Gürcüstan Rusiyanın AŞPA-ya qayıdışına qarşı birgə qətnamə layihəsini hazırlayacaqlar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Polskie Radio”nun efirində Polşa Senatının marşalı Stanislav Korçevski bildirib.

Xatırladaq ki, AŞPA iyunun 26-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam miqyasda təsdiqlənməsi ilə bağlı qətnamə qəbul edib. Ukrayna, Polşa, Gürcüstan, Estoniya, Litva, Latviya və Böyük Britaniyanın etirazlarına baxmayaraq, Rusiya Federasiyasının AŞPA-da hüquqları şərtsiz olaraq bərpa olunub.

2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyanın AŞPA-da səlahiyyətləri dondurulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm