Türkiyəyə qarşı YENİ TƏXRİBAT: Aralıq dənizində həqiqi mərmilərlə...
Bizi izləyin

Avropa

Türkiyəyə qarşı YENİ TƏXRİBAT: Aralıq dənizində həqiqi mərmilərlə...

Şərqi Aralıq dənizində enerji axtarışları aparan Türkiyənin “Yavuz” gəmisi Cənubi Kipri narahat etməyə davam edir.

Publika.az xəbər verir ki, yunanlar Şərqi Aralıq dənizində Türkiyə ilə əməkdaşlıq edən şirkətləri istintaqa cəlb edəcəklər.

“Röyters”in xəbərinə görə, bundan başqa, guya Cənubi Kiprin iqtisadi bölgəsi sayılan həmin yerdə qanundankənar enerji axtarışları aparan Türkiyə gəmisində işləyənləri və Türkiyə Neft Anonim Əməkdaşlığı (TAPO) ilə əməkdaşlıq edən şirkətlərin məsul şəxslərini həbs etmək əmri verilib.

Yunan mətbuatı adanın cənub-şərqində həqiqi mərmilərlə dəniz təlimləri həyata keçirəcəyini açıqlayıb. 1-10 iyul arasında baş tutacaq təxtribat tipli təlimlər “Yavuz” gəmisinin işinə əngəl olmaq üçün aparılacaq.

Qeyd edək ki, Türkiyənin bölgədə enerji axtarışlarından ABŞ, İsrail və Yunanıstan narahatdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm