Müdafiə naziri gözlənilmədən istefa verdi
Bizi izləyin

Avropa

Müdafiə naziri gözlənilmədən istefa verdi

Almaniyanın Müdafiə naziri Ursula Von der Leyen istefa verib.

Publika.az xəbər verir ki, Leyen açıqlamasında Aİ-dəki səsvermənin nəticəsindən asılı olmayaraq, sərbəst şəkildə postunu tərk edəcəyini bildirib.

“Sabah Avropa Parlamentinin etibarını qazanmaq istəyirəm. Bütün enerjimi Avropaya xidmətə sərf etmək üçün Müdafiə Nazirliyindən gedirəm. Federal ordu ilə keçirdiyim illər üçün dərin minnət duyuram”, - nazir açıqlamasında qeyd edib.

Ursula Leyen Avropa İttifaqı Komissiyası sədrliyinə namizəd göstərilib. Aİ-də yeni sədrin təyin olunması üçün səsvermə prosesi sabah baş tutacaq.

Almaniya kansleri Amgela Merkel Leyenin qərarına hörmətlə yanaşdığını deyib.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin iddiasına görə, Leyen nazir postunu tərk edərək Avropa Komissiyası üçün nə qədər iddialı olduğunu sərgiləmək istəyir. Ən pik nöqtə kimi öz səlahiyyətlərindən imtina edir.

Qeyd edək ki, Ursula Von der Leyen 2013-cü ildə müdafiə naziri təyin edilib. Onun Avropa Komissiyasının sədri olmaq üçün 751 parlamentaridən 376-sının səsinə ehtiyacı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm