Avropa
Avropanın ən uzunömürlüləri bu ölkədə yaşayır
İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 il ərzində öz 100 illik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. Ölkənin 1112 sakininin yaşı 105-i keçib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu göstəricilər İtaliyanın “Istat” Milli Statistika İnstitutunun dərc etdiyi “Cent'anni e non sentirli” hesabatından götürülüb.
2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14456 insan yaşayır. Onların 84 faizini qadınlar təşkil edir.
2009-2019-cu illər arası dövrdə yaşı 110-a çatan və yuxarı olan 125 nəfərin 93 faizi qadınlardır.
İtaliya Avropa məkanında Fransa ilə yanaşı, yaşı 100-dən yuxarı uzunömürlülərin sayına görə rekord vurub.
Uzunömürlülərin əksəriyyəti Şimali İtaliyada yaşayır. Həmin tarixdə uzunömürlülərin daimi əhalinin ümumi sayına nisbətinin ən yüksək olduğu region Liquriyadır (hər 100 min nəfərə 3,3). Sonrakı yerləri Friuli-Venesiya-Culiya (hər 100 min nəfərə 3,0) və Molize (hər 100 min nəfərə 2,6) tutur.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO