London dünyada ilk park-şəhərə çevrildi
Bizi izləyin

Avropa

London dünyada ilk park-şəhərə çevrildi

London şəhərinin hakimiyyət orqanları Milli Park-Şəhərlərin Beynəlxalq Xartiyasını (National Park City) imzalayıblar. NPC-nin bu təşəbbüsü böyük şəhərləri yaşıl və daha “yabanı” məkanlara çevirməklə həmin şəhərlərdə həyat şəraitini yaxşılaşdırmağa yönəlib.

Londonda 9 milyon nəfər yaşayır. Burada hər kvadratmilə 14 min sakin düşür. Britaniya paytaxtında 8 milyona yaxın ağac var. Şəhər ərazisinin 16,8 faizini yaşıllıqlar tutur.

Burada “Green View Index” (GVI) 12,7 faizə bərabərdir. Müqayisə üçün: Parisdə GVI 8,8 faizdir. Bu şəhərdə vəhşi heyvanların 15 min növü, o cümlədən İngiltərədə ən böyük maral böcəklərinin populyasiyası, yüzlərlə quş növü, 8 yarasa növü yaşayır.

Londonun meri Sadiq Xan 2050-ci ilə qədər şəhərdə yaşıllıqların sahəsini daha 50 faiz artırmaq vəzifəsini qarşıya qoyub. Buraya evlərin yaxınlığındakı bağlar və özəl ərazilər də daxildir. Mer deyib: “Ətraf mühitə sərmayə qoyulmasını, rayonlar və icmalarla işi davam etdirməklə, Londonun bütün sakinlərinin sağlamlığını və salamatlığını yaxşılaşdıra bilərik.

NPC Fondu 2025-ci ilə qədər azı 25 şəhərə milli park-şəhər statusu verilməsini planlaşdırır. Hazırda digər yaşayış məntəqələri ilə danışıqlar aparılır. Məsələn, Qlazqo və Nyukasl şəhərləri Böyük Britaniyada bu fəxri statusa iddialıdırlar (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm