Makron: Bu, Rusiyanı tamamilə Çinə tərəf itələyərdi
Bizi izləyin

Avropa

Makron: Bu, Rusiyanı tamamilə Çinə tərəf itələyərdi

Moskva Avropa İttifaqı ilə münasibətlərin qaydaya salınması üçün Parisin dəstəyinə bel bağlayır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla Fransada keçirdiyi danışıqlardan əvvək bildirib.

Öz növbəsində, Fransa prezidenti bildirib ki, onun ölkəsi Rusiya və Avropa İttifaqı arasında təhlükəsizliyin yeni arxitekturasının yaradılmasında rol oynayacaq. O qeyd edib ki, silahsızlanma və başqa məsələləri nəzərdə tutur.

“Düşünürəm ki, birlikdə qitəmizin təhlükəsizliyi üçün işləməyi bacaracağıq”, - Makron deyib.

O qeyd edib ki, Rusiya və qərb ölkələri arasında müəyyən fikir ayrılıqları var. Makron inamını ifadə edib ki, hətta fikir ayrılıqları olduğu halda, təmas nöqtələrini axtarmaq, Rusiya və Avropa İttifaqının münasibətlərinə yenidən başlamaq lazımdır.

O həmçinin bildirib ki, Rusiya ilə dialoqdan imtina bu böyük dövləti tamamilə Çinə tərəf itələyərdi. Prezident bunun Fransanın və Avropa İttifaqının xeyrinə olmadığını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm