Boris Consona ŞOK: "Brexit"in təxirə salınması barədə layihə qəbul edildi
Bizi izləyin

Avropa

Boris Consona ŞOK: "Brexit"in təxirə salınması barədə layihə qəbul edildi

Böyük Britaniya Parlamentinin İcmalar Palatası, Avropa İttifaqı (Aİ) ilə razılaşma əldə olunmayacağı təqdirdə, ölkənin Aİ--dən çıxmasını 2020-ci il yanvarın 31-dək təxirə salmaq üçün qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, 327 parlamentari qanun layihəsinin lehinə, 299 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, səsvermənin nəticələri baş nazir Boris Conson üçün son dərəcə ciddi məğlubiyyət hesab olunur. Baş nazir 31 oktyabr tarixinə kimi anlaşma ilə, yaxud da anlaşmasız "Brexit"in reallaşmasında təkid edirdi.

Qanun layihəsi Lordlar Palatası onu dəstəkləyəcəyi təqdirdə qüvvəyə minəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm