ABŞ nüvə müharibəsinə hazırlaşır - TƏHLÜKƏLİ HƏMLƏ
Bizi izləyin

Avropa

ABŞ nüvə müharibəsinə hazırlaşır - TƏHLÜKƏLİ HƏMLƏ

ABŞ təlimlərdə iştirak etmək üçün Böyük Britaniyaya “Boeing B-52” strateji bombardmançısını göndərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Avropada və Afrikadakı silahlı qüvvələrinin komandanlığının saytında bildirilir.

Bombardmançı “Ample Strike 19”, “Cobra Warrior” və “NATO Günləri" təlimlərində iştirak edəcək. Avqustun sonunda isə Birləşmiş Ştatlar Böyük Britaniyaya iki strateji bombardmançı - gözəgörünməz “B-2 Spirit” göndərmişdi.

Qeyd edək ki, “B-52”lər 1952-1962-ci illərdə strateji bombardmançı kimi istehsal edilirdi. Bombardmançılar SSRİ-nin istənilən nöqtəsinə böyük gücü olan iki istilik-nüvə bombası çatdırmağa qadir idi. “B-52” bu gün Amerika Hərbi Hava Qüvvələrinin əsas uzaq bombardmançı təyyarəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm