Dəhşətli istilar tüğyan edir: yüzlərlə insan öldü
Bizi izləyin

Avropa

Dəhşətli istilar tüğyan edir: yüzlərlə insan öldü

Fransada kəskin istilər can alıb.

Publika.az xəbər verir ki, iyun və iyul aylarında tüğyan edən kəskin hava dalğası 1435 nəfərin ölümünə səbəb olub.

Fransanın səhiyyə naziri Aqnes Buzin bildirib ki, rekord istilərdə ölənlərin əksəriyyəti 75 yaşdan yuxarı şəxslərdir.

Səhiyyə Nazirliyinin hesabatına görə, 24 iyun-7 iyul tarixləri arasındakı ilk isti hava dalğasının gəlməsi nəticəsində 567 nəfər ölüb. 21-27 iyul tarixlərində isə 868 nəfər dünyasını dəyişib.

Fransada iyun ayında havanın temperaturu 46 dərəcəyə çatmışdı. Ölkənin bəzi bölgələrində qırmızı təhlükə siqnalı verilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm