Consona qarşı impiçment proseduru başlana bilər
Bizi izləyin

Avropa

Consona qarşı impiçment proseduru başlana bilər

Böyük Britaniyanın müxalifət partiyaları Baş Nazir Boris Consona qarşı impiçment proseduruna başlamaq imkanlarını müzakirə edirlər.

Publika.az "Sunday Times" nəşrinə istinadla xəbər verir ki, müxalifət nümayəndələri Böyük Britaniya Ali Məhkəməsinin Parlamentin işini dayandırmaq cəhdini qanunsuz hesab etməsi ilə bağlı ölkə üçün nadir prosedur barədə razılığa gəliblər. Boris Consonun impiçmenti haqqında təklif gələn həftə müzakirəyə çıxarıla bilər. Əgər İcmalar palatası impiçment prosedurunun başlanmasına səs versə, Baş Nazir məhkəmə araşdırması təhlükəsinə məruz qala bilər.

Nəşrin məlumatına görə, Böyük Britaniyada impiçment keçirilməsinə sonuncu cəhd 1848-ci ildə göstərilib. O vaxt xarici işlər naziri Henri Palmerston Rusiya ilə məxfi saziş bağlamaqda ittiham olunmuşdu. Britaniyada hələ heç bir Baş nazir hakimiyyətdən impiçment nəticəsində kənarlaşdırılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm