• USD 1,7000 0,00% EUR 2,0063 -0,37%
    • GBP 2,2204 -0,54% RUB 0,0222 +0,90%

Kataloniyada aksiyalar davam edir - Yaralıların sayı 300-ü keçdi

  • Avropa
  • 17 Oktyabr 2019 23:45
Kataloniyada aksiyalar davam edir - Yaralıların sayı 300-ü keçdi

İspaniyanın Kataloniya bölgəsində genişmiqyaslı aksiyalar nəticəsində son gün ən azı 52 nəfər xəsarət alıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 32 nəfər Barselona, daha 10 nəfər Leyda, 5 nəfər isə Jironda yaralanıb.

Bununla yanaşı, Silse, Sallante, Manrese, Tarraqone şəhərlərində də yaralıların olduğu deyilir.

Ötən gün yayılan məlumatda isə etirazçıların polislə toqquşması nəticəsində 250-dək mülki şəxsin, həmçinin, hüquq-mühafizə orqanlarının 140 əməkdaşının zərər çəkdiyi bildirilirdi. Kataloniya polisi və İspaniya Milli polisin 51 nəfəri həbs etdiyi xəbər verilir.

İspaniya hökuməti bəyan edib ki, Kataloniyada təhlükəsizliyə və dinc yanaşı yaşamaya zəmanət verəcək, lazım gəldikdə, sərtlik, tarazlıq və birlik zəminində hərəkət edəcək.

İspaniya Daxili İşlər Nazirliyi (DİN) Kataloniyada başlanmış etiraz aksiyaları ilə əlaqədar oktyabrın 16-da xüsusi təyinatlı polis dəstələrinin daha 300-dək əməkdaşını regiona göndərib. Polisin və mülki mühafizənin əsas qüvvələri regionun strateji baxımdan mühüm obyektlərinin müdafiəsinə və mühafizəsinə cəlb edilib.

Yeni kontingent İspaniya DİN-in Ali Məhkəmə tərəfindən Kataloniya liderlərinə hökmün çıxarılması ərəfəsində göndərdiyi 800-dək polisə və mülki mühafizəçiyə qoşulacaq.

Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR